Dünən gecədən başlayaraq qərb bölgəsinin dağlıq ərazilərinə və Kəlbəcərə güclü qar yağmağa başlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kəlbəcər şəhər ərazisində qarın qalınlığı 15-20 santimetrə çatıb.
Hazırda havanın temperaturu -1° təşkil edir.
Dünən gecədən başlayaraq Göygöl, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq və dağ ətəyi rayonlarına qar yağmağa başlayıb.
Daşkəsənin Xoşbulaq kəndində qarın hündürlüyü 8-10 sm-ə çatıb. Bəzi ərazilərdə hazırda qarın yağması davam edir.
Kəlbəcərdən fotoları təqdim edirik:



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu