Bakıda daha bir nəfər dəm qazından vəfat edib.
Bizim.Media xəbər verir ki, bədbəxt hadisə Nəsimi rayonu 3-cü Alatava yaşayış sahəsində qeydə alınıb.
1962-ci il təvəllüdlü Züleyxa Bayramova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hər il qış mövsümündə ölkədə onlarla insan dəm qazının qurbanı olur.
Bizim.Media