Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yayıb.
Bildirilib ki, güclü külək nəticəsində Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə doqquz müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.
Birliyin əməkdaşları tərəfindən aşmış ağaclar ərazidən götürülərək təmizlənib. (Oxu.az)
Bizim.Media