Ötən gün gecə saatlatında güclü külək nəticəsində iri ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə məhdudiyyətlərə səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, əraziyə dərhal xüsusi texnika və canlı qüvvələr cəlb olunub.
Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.
Bizim Media