Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanına gələn gənc əməkdaşlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları, prokurorluğun veteranları ilə yanaşı, fəxri qonaq qismində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltaraş Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə iştirak ediblər.
 

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi və qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, dünyaşöhrətli siyasi xadimin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.


Sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ötən il Azərbaycanın ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir.

Vurğulanıb ki, avqustun 8-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub. Eyni zamanda, həmin gün “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin tətbiqinin dayandırması ilə bağlı sənədin imzalanması ABŞ-Azərbaycan münasibətlərində etimadın və tərəfdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Bundan başqa, 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüş Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcı olub.

Qeyd edilib ki, Azərbaycan 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında yekdilliklə bu nüfuzlu quruma üzv qəbul edilib, 2025-ci ilin mart ayında Milli Məclisin ratifikasiyasından sonra tamhüquqlu üzv statusu qazanıb.
 

2025-ci il mayın 28-də Laçın şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı ilə keçirilmiş Zirvə Görüşü regionda iqtisadi inkişaf, infrastruktur layihələri və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm siyasi hadisə olub.


Nəzərə çatdırılıb ki, bütün bu sadalananlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsidir. Həmçinin dövlətimizin gücü ölkə daxilində sabitliyin, təhlükəsizliyin, sosial rifahın və hüquqi dövlət prinsiplərinin təmin olunmasında da özünü göstərir. Məhz bu baxımdan, 2025-ci il ərzində həyata keçirilən tədbirlər Azərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir. Bu möhkəmlənmənin ən bariz təzahürü isə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də “Böyük Qayıdış” Proqramının ardıcıl və sistemli şəkildə icrasıdır.

Diqqətə çatdırılıb ki, xalqın öz dövlətinə olan dərin inam və etimadına əsaslanan bu sarsılmaz missiya ölkəmizi “Şəhərsalma və Memarlıq İli” elan olunan 2026-cı ildə yalnız yüksək rifah cəmiyyəti və iqtisadi tərəqqi məkanı kimi deyil, həm də çoxəsrlik tarixə malik quruculuq diyarı kimi bir daha dünyaya tanıdacaq.

Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.

Onlardan 2-si 2020-ci ildə, 10-u 2021-ci ildə, 6-sı 2022-ci ildə, 3-ü 2023-cü ildə, 2-si 2024-cü ildə, 1-i isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 2025-ci il aprelin 15-də elan edilmiş 27-ci müsabiqənin nəticələri üzrə 51 gənc hüquqşünas qulluğa qəbul olunub.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə əmr elan olunub, işə qəbul edilənlər təntənəli sürətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror tərəfindən təqdim olunub.
 

Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və Elbay Qasımzadə işə qəbul olunan gənc əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.


Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Nərmin Həmzəyeva və Orxan Səhratzadə çıxış edərək, gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

End of content

No more pages to load

RADİO