Samuxda 32 yaşlı kişinin cansız bədəni tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Ziyadlı kənd sakini, 1994-cü il təvəllüdlü Aqil İmranovun meyitini yaxınları yaşadıqları evin həyətindəki yarımtikilində aşkarlayıblar.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu