Şəmkirdə eyni qəsəbədə yaşayan iki nəfər arasında mübahisə sonda qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Dəllər qəsəbə sakini, 2006-cı il təvəllüdlü Mövlan İsmayılov münaqişə zəminində, eyni qəsəbədə yaşayan, Türkmənistan vətəndaşı, 25 yaşlı Aydogduyev Meylis Səfərmurad oğluna kəsici deşici alətlə xəsarət yetirib.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu