Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.
Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.
Bizim.Media