Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
“VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media