Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur

Azərbaycanda 1 şəhər və 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur.

Bizim.Media xəbər verir ki, Naftalan şəhərində, Nəsimi, Culfa, Gədəbəy və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur.

2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad edilib. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

Keçən il noyabrın 12-də Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda onun yeri boşdur.

Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Danimarka və Qrenlandiyanın XİN nazirləri ABŞ-a getdi – Gərgin görüş olacaq – VİDEO

Danimarka və Qrenlandiyanın XİN nazirləri ABŞ-a getdi – Gərgin görüş olacaq – VİDEO

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib – FOTO

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib – FOTO

Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda general təqaüdə göndərildi

Azərbaycanda general təqaüdə göndərildi

Cənnətə göndərmək üçün atasını boğmaq istədi – VİDEO

Cənnətə göndərmək üçün atasını boğmaq istədi – VİDEO

Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində - FOTO

İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində - FOTO

Rusiyada neçə ukraynalı siyasi məhbus saxlanılır? – DETALLAR

Rusiyada neçə ukraynalı siyasi məhbus saxlanılır? – DETALLAR

Ukraynanın müdafiə naziri vəzifəsindən azad edildi

Ukraynanın müdafiə naziri vəzifəsindən azad edildi

İranda iğtişaşlar zamanı ölənlərin dəhşətli görüntüləri – VİDEO

İranda iğtişaşlar zamanı ölənlərin dəhşətli görüntüləri – VİDEO

Zaqatalada ağır QƏZA: Ölən və xəsarət alan var

Zaqatalada ağır QƏZA: Ölən və xəsarət alan var

İrana görə ən çox zərər görəcək 5 ÖLKƏ

İrana görə ən çox zərər görəcək 5 ÖLKƏ

İlham Əliyev “Dəmirli” Filiz Emalı Kompleksində – FOTO

İlham Əliyev “Dəmirli” Filiz Emalı Kompleksində – FOTO

Pedoqoji təhsil alan tələbələrin bacarıqlarının artırılması ilə bağlı MEMORANDUM İMZALANDI - FOTO

Pedoqoji təhsil alan tələbələrin bacarıqlarının artırılması ilə bağlı MEMORANDUM İMZALANDI - FOTO

Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə HÖKM OXUNDU

Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə HÖKM OXUNDU

Rusiyanın məqsədi Odessa istiqamətində irəliləmək və müharibəni başa çatdırmaq olub – Sırski

Rusiyanın məqsədi Odessa istiqamətində irəliləmək və müharibəni başa çatdırmaq olub – Sırski

İlon Mask SpaceX-i niyə yaratdığını açıqladı – VİDEO

İlon Mask SpaceX-i niyə yaratdığını açıqladı – VİDEO

Hücum təhdidi fonunda GİZLİ DANIŞIQLAR – ABŞ İrana zərbələr endirməkdən İMTİNA EDİR?

Hücum təhdidi fonunda GİZLİ DANIŞIQLAR – ABŞ İrana zərbələr endirməkdən İMTİNA EDİR?

Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı qatarı üzrə endirimli qiymətlə əlavə reyslər təyin edildi - CƏDVƏL

Kim Çen In 3 qurumun rəhbərini işdən qovdu – VİDEO

Kim Çen In 3 qurumun rəhbərini işdən qovdu – VİDEO

Tehranlı tələbə etirazlar zamanı qətlə yetirildi - FOTO

Tehranlı tələbə etirazlar zamanı qətlə yetirildi - FOTO

Saxlanılan Oktay Kaynarcadan ilk AÇIQLAMA

Saxlanılan Oktay Kaynarcadan ilk AÇIQLAMA

End of content

No more pages to load

RADİO