Xaçmaz rayonunda qəbiristanlıqda məzar daşlarından birinin sındırılması barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə məzar daşına qəsdən ziyan vuran Həbib Səfərbəyov saxlanılıb.
Bizim.Media xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb.
H.Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam edir.
Aytəkin,Alxaslı,Bizim.Media,Şimal bürosu