Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Göytəpə şəhəri ərazisində baş verib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, motosiklet ambulans avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə rayon xəstəxanasına aparılıb.
Fakt üzrə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu