BİZİM TƏQVİM:13 yanvarda baş vermiş tarixi hadisələr

13 yanvar 1813-cü ildə Çar Rusiyasının ordusu Talış xanlığının Lənkəran şəhərini işğal edib. Rusların əsas məqsədi İranın iki addımlığında olan bu xanlığı ələ keçirmək və Azərbaycanı parçalamaq üçün burada hərbi istehkamlarını möhkəmləndirmək idi. Eyni zamanda İranla aparılan danışıqlarda üstünlük əldə etmək üçün Ərdəbilə qədər yerimək düşüncələri vardı.

Bəs, 13 yanvarda daha hansı hadisələr baş verib?

1. 1822-ci ilin bu günündə Yunan bayrağı ilk Milli Məclisdə qəbul edilib.

2. 13 yanvar 1830-cu ildə Nyu-Orleanda da tarixin ən dəhşətli yanğınlardan biri baş verib.

3. 1908-ci ilin 13 yanvarında ABŞ-ın Pensilvaniya ştatında yerləşən Rods Opera Sarayında baş vermiş yanğında 171 nəfər həyatını itirib.

4. 13 yanvar 1915-ci ildə İtaliyanın Avezzano şəhərində baş verən zəlzələdə 29 min 800 nəfər insan həyatını itirib.

5. 1918-ci ilin bu günündə silahlı erməni dəstələri Zəngəzur qəzasının Pulkənd yaşayış massivinə basqın edərək 19 dinc sakini qətlə yetirib, ərazidə olan bütün tikililər yandırılıb.

6. 13 yanvar 1920-ci ildə İzmir şəhərinin yunan ordusu tərəfindən işğalı qarşısında İstanbulda böyük bir mitinq keçirilib. Təqribən 150 min nəfərin iştirak etdiyi və işğala etiraz edilən mitinqdə şair Mehmet Əmin Yurdakul, Hamdullah Suphi Tanrıövərlə yanaşı Xalidə Edip Adıvar da etdiyi çıxışlarla diqqət cəlb ediblər.

7. 1942-ci ilin 13 yanvarında Henri Ford plastik kütlədən avtomobil hazırlayıb. Bu avtomobillər digər avtomobillərdən 30 faiz daha yüngül idi.

8. 13 yanvar 1966-cı ildə Lindon Conson 1964-cü ildə Türkiyədə o dövrün baş naziri İsmət İnönüyə göndərdiyi və Türkiyə-ABŞ əlaqələrinə ciddi zərbə vuran “Conson məktubu” ilk dəfə mətbuatda yer alıb.

İki il ictimaiyyətdən gizlədilən məktubda Conson Türkiyənin Kiprə müdaxilə etməsi halında Amerikan silahlarından istifadə edə bilməyəcəyini dilə gətirirdi. Məktubda həmçinin SSRİ-nin Türkiyəyə hərbi müdaxiləsi olacağı təqdirdə NATO müqaviləsinin qüvvədə olmayacağı da vurğulanırdı.

İsmət İnönünün bu xəbərdarlığa cavabı isə “Dünya yenidən qurulur, Türkiyə də o dünyada öz yerini alır” oldu.

9. 1990-cı ilin 13 yanvarında Bakıda bir erməni muzdlusu tərəfindən 2 azərbaycanlı balta qətlə yetirilir. Bundan qəzəblənən xalq Azadlıq meydanında izdihamlı mitinq keçirir. AXC tərəfindən Milli Müdafiə Şurası yaradılır. Həmin gün SSRİ KQB-sinin təşkilatçılığı ilə Bakıda talanlar başlayır. Talanlar 3 gün davam edir.

10. 13 yanvar 1990-cı ildə Füzuli rayonunda 20 minlik izdihamlı mitinq keçirilir. Rayon Partiya Komitəsinin birinci katibi Cavanşir Məmmədov vəzifəsindən istefa verir.

11. 1991-ci ilin 13 yanvarında Vilnüsdə Sovet hərbçiləri müstəqillik istəyən litvalılara hücum edib.

12. 13 yanvar 2001-ci ildə Salvadorda baş verən zəlzələdə 800-dən çox insan həyatını itirib.

Bəs, 13 yanvarda kimlər xatırlanır?

1. 13 yanvar 1894-cü ildə Xalq artisti Qriqori Sorin (1894 – 10.1.1973) anadan olub. O 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

2. 13 yanvar 1909-cu ildə tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) dünyaya gəlib. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

3. 13 yanvar 1945-ci ildə Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm  Bədirzadə (1945 – 8.4.2021) Bakıda doğulub. 1971-ci ildən çalışdığı Azərbaycan Televiziyasında çoxsaylı tamaşa və filmlərə quruluş verib.

4. 13 yanvar 1999-cu ildə Xalq artisti Barat Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

5. 13 yanvar 2003-cü ildə Xalq artisti Mirzə Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

6. 13 yanvar 2012-ci ildə Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənkdaş 88 yaşında həyatını itirdi. Dənkdaşın cənazəsi 17 yanvarda keçirilən mərasimdən sonra Cümhuriyyət Parkındakı abidə məzara dəfn edildi.

7. Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov 1992-ci ilin 13 yanvarında şəhid olub.

8. 13 yanvar 1994-cu ildə Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev qəhrəmancasına şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

End of content

No more pages to load

RADİO