Sünnət üçün dəbdəbə və toy lazımdırmı?

Sünnət harada bitir, toy harada başlayır... Fitrət, yoxsa toy yarışı?

Sünnət üçün dəbdəbə və toy lazımdırmı?

Sünnət İslamda fitrət əlaməti, təmizlik və mənəvi kamilliyin göstəricisi kimi qəbul olunur.
 

Bu, əsrlərdir müsəlman cəmiyyətində həm dini, həm də sağlamlıq baxımından mühüm yer tutan bir əməldir. Sünnətin mahiyyəti sadədir: paklıq, məsuliyyət və nizam. Din də, sağlam düşüncə də bu nöqtədə dayanır.


Lakin zaman keçdikcə biz bu sadəliyi qorumaq əvəzinə, sünnəti təmtəraqlı mərasimlərin, şişirdilmiş adətlərin və israfçılığın mərkəzinə çeviririk. Bu gün bir çox hallarda sünnət mərasimləri ailə daxilində səssiz bir sevinc olmaqdan çıxaraq, toy səviyyəsində təşkil olunan, həm maddi, həm də psixoloji yük yaradan tədbirlərə çevrilib. Şadlıq evləri, geniş menyular, musiqi proqramları, uzun siyahılı dəvətlər… Bütün bunlar sevincdən çox yorğunluq gətirir.

Dinimiz isə bu məsələdə çox açıq mövqe ortaya qoyur. Qurani-Kərimdə buyurulur:

“Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz.”

(Araf, 31)

Başqa bir ayədə isə israfın mahiyyəti daha sərt ifadə edilir:

“Həqiqətən, israf edənlər şeytanların qardaşlarıdır.”

(İsra, 27)

Bu qədər aydın ilahi xəbərdarlıq varkən, sünnət kimi dini mahiyyət daşıyan bir əməli israfla yanaşı təqdim etmək hansı dəyərlərə xidmət edir? Halbuki bir neçə saatlıq mərasimə sərf olunan vəsait uşağın təhsilinə, sağlamlığına, gələcəyinə yönəldilə bilər.

Bəziləri haqlı olaraq belə bir arqument də irəli sürür: “Axı toya gələnlər pul salır, müəyyən xərclərimiz ödənir, bəzən hətta qazanclı da çıxırıq.” Bu fikir zahirən məntiqli görünə bilər. Amma məsələyə bir az dərindən baxanda aydın olur ki, bu, qazanc deyil, qarşılıqlı borcdur.
 

Bu gün bizim xeyir işimizə verilən pul, sabah başqasının toyuna, sünnətinə, yasına geri qaytarılmalı olan vəsaitdir. Yəni nəticədə heç kim heç nə qazanmır, sadəcə dövr edən bir yük formalaşır. Üstəlik bu “dövr” illərlə davam edən sosial öhdəliyə çevrilir.


Təsadüfi deyil ki, Bakıda yaşayan dostlardan ən çox bunu eşidirəm: "Qardaş, nə qədər toy, sünnət, ad günü olar? Axşamlar evdə çörək yediyimiz günü unutmuşuq. Elə gün olur 3 dənə mərasimə dəvətnamə gəlir..."

Deyən də özümüz, yeyən də... gedən də...

Ən ağrılı məqamlardan biri də “el nə deyər?” düşüncəsidir. Bu psixoloji təzyiq ailələri imkanlarını aşan xərclərə sürükləyir. Halbuki sünnətin ruhunda yarış yox, ölçü və məsuliyyət var.
 

Bu fikirləri nəzəri mülahizə kimi yox, şəxsi təcrübəmə əsaslanaraq bölüşürəm. İki övladıma sünnət etdirmişəm, lakin sünnət toyu keçirməmişəm. Sadə, ailə daxilində bir tədbirimiz olub. Heç kimi şadlıq evinə yığmamışam, heç kəsi xərcə salmamışam. Özüm üçün də sual açıq qalıb: insanları yorub, onları maddi öhdəliyə salmağın adı nədir və bu, hansı mənəvi dəyərə xidmət edir? Məndən sonra ətrafımda olan bir neçə dost və həmkarım, qohumlarım da mənə baxıb öz mərasimlərini kifayət qədər sadə tonda keçiriblər...


Müdriklər boş yerə deməyiblər ki, cəmiyyəti dəyişmək istəyən əvvəl öz davranışı ilə nümunə göstərməlidir. Filosofların birinin dediyi kimi: “İnsanlara yol göstərməyin ən güclü üsulu, o yolu özün getməkdir.” Sözlər tez unudulur, nümunə isə yadda qalır.

Bu yanaşma yalnız sünnət mərasimlərinə aid deyil. Bakıda yaşadığım müddətdə müşahidə etdiyim və məni ciddi şəkildə narahat edən məsələlərdən biri də yas mərasimlərinin getdikcə toy səviyyəsində menyu və təşkilata çevrilməsidir. Yas mərasimi təmkin, dua və həmrəylik üçündür, süfrə bolluğu ilə özünü göstərmək üçün yox.
 

Halbuki əvvəllər yaşadığım Naxçıvanda yaslar daha sadə, daha ölçülü və az xərclə təşkil olunurdu. Naxçıvanda mahiyyət qorunur, forma isə israf həddinə çatmır... Bu da yaxşı bir nümunədir, yəqin zamanla Bakıda da yaz biznesi Naxçıvan nümunəsinin qarşısında əriyəcək...


Bu gün cəmiyyət olaraq özümüzə dürüst suallar verməliyik: biz dəyərləri yaşadırıq, yoxsa adətləri müqəddəsləşdiririk? Sünnətin, yasın, toyun ruhunu qoruyuruq, yoxsa yalnız zahiri görüntüsünü?

Əminəm ki, bu suallara səmimi cavab tapılsa, israf da azalacaq, insanlar da bir-birini yormayacaq. Bunun yolu qadağalardan yox, sağlam düşüncə və şəxsi nümunədən keçir. Dəyişiklik hardansa yox, elə özümüzdən başlamalıdır.

Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

End of content

No more pages to load

RADİO