Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Bizim.Media