Oğuzda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobil ilə KIA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “KİA”da olanlar - Oğuz rayon sakini Ustakişiyeva Mətanət (1978-ci il təvəllüdlü), Oğuz rayon sakini Abışov İlqar (1967-ci il təvəllüdlü) və “Mercedes Vito”nun sürücüsü, Qax rayon sakini Nəsibov Ayxan (1994-cü il təvəllüdlü) xəsarət alıb.
Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




Bizim.Media