Gəncədə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Y.Verdiyevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarəti alan piyada xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu