Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər

Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoya bilər. 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirib.

Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu il 500 mindən çox evin sənədləşdirilməsi mümkündür. Bu addım bir tərəfdən vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırsa, digər tərəfdən dövlət büdcəsinə əlavə vergi daxilolmaları vəd edir. Xüsusilə kənd və qəsəbələrdə illərdir mülk sənədi (kupça) problemi ilə üzləşən minlərlə ailə bu prosesin real mexanizmlərini maraqla gözləyir.

Sənədsiz evlərin leqallaşdırılması zamanı “kupça” almaq vətəndaşa təxminən neçə manata başa gələcək? Xüsusilə kənd yerlərində çıxarışı olmayan ev sahibləri bu prosesi maneəsiz və rahat şəkildə həyata keçirə biləcəklərmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesində bir neçə mərhələ mövcuddur.

O bildirib ki, bu mərhələlərdən biri torpaq sahəsinin yenidən alınması ilə bağlıdır:

“Yəni mövcud zəbt olunmuş torpaq sahəsinin ərazi üzrə bələdiyyədən yenidən alınması zərurəti yarandıqda – bu hal praktikada tez-tez rast gəlinir – müəyyən maliyyə öhdəlikləri ortaya çıxır. Bu zaman bələdiyyə torpağı üçün nəzərdə tutulan rüsumlar, eləcə də ilkin qeydiyyat üçün tələb olunan rüsum və xidmət haqları ödənilməlidir. Məsələn, torpaq sahəsinin ölçüsü 600 kvadratmetr olduqda, hər sot üçün müəyyən edilmiş bələdiyyə rüsumu tətbiq olunur.

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər

Bununla yanaşı, sənədləşdirmə üzrə xidmət haqları da əlavə edilir və ümumi məbləğ bəzi hallarda 3500-4000 manata qədər arta bilər. Əgər torpağın yenidən alınması zərurəti yoxdursa və söhbət yalnız özbaşına tikilinin ilkin qeydiyyatının aparılmasından gedirsə, bu halda rüsum və xidmət haqları daha aşağı olur. Belə ki, texniki pasportun hazırlanması və çıxarışın alınması üçün ödənilən məbləğlər torpaq sahəsinin və tikilinin ölçüsündən asılı olaraq dəyişir”.

Ramil Osmanlı deyib ki, orta hesabla çıxarış üçün rüsum və xidmət haqları təxminən 200 manata qədər, texniki pasport üçün isə 200-300 manat arasında dəyişə bilir:
 

“Ümumilikdə bu xərclər, ölçülərdən asılı olaraq, təqribən 500-1000 manat aralığında olur. Tikilinin ölçüsü böyük olduqda, məsələn, villa tipli və ya həddindən artıq iri sahəni əhatə edən tikililərdə rüsumların artması ehtimalı da mövcuddur.


Bu prosesdə elektronlaşma xüsusi əhəmiyyət kəsb edir. Portal üzərindən müraciətlərin qəbul edilməsi və onlayn sənəd dövriyyəsinin tətbiqi vətəndaşlara sənədləşdirmə prosesini məsafədən həyata keçirməyə imkan yaradır. Nəticədə, fiziki olaraq rayon, şəhər və ya qəsəbə mərkəzlərinə dəfələrlə müraciət etməyə ehtiyac qalmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

End of content

No more pages to load

RADİO