Tanınmış alim VƏFAT ETDİ

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.

Bizim.Media xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib.

Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.

Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.

O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.

Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə
mükafatlandırılıb.

Mustafa Qarayev ailəli idi, dörd övladı var.

Qeyd edək ki, Mustafa Qarayevin qardaşı Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevdir. Musatafa Qarayev qardaşının yanında, Görədil qəbiristanlığında dəfn ediləcək. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

End of content

No more pages to load

RADİO