Deputat: “Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur”

“Məşğulluq və işsizlik problemi təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan ümumi bir məsələdir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə gənclərin iş tapması ilə bağlı ciddi çətinliklər mövcuddur.

Bu səbəbdən xüsusilə paytaxtlarda urbanizasiya prosesi geniş vüsət alıb. Gənclər daha çox paytaxta üz tuturlar, çünki burada iş tapmaq imkanları daha yüksəkdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O deyib ki, nəticədə regionlarda əhalinin sayı azalır, əmək resursları isə şəhərlərə yönəlir:

“Bu proses isə son nəticədə paytaxtın özündə belə iş tapmağı çətinləşdirir. Bu tendensiya qlobal xarakter daşıyır. Azərbaycanda da məşğulluq məsələsi aktualdır. Prezident İlham Əliyev 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət ayırdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi məşğulluq proqramlarının əhəmiyyətindən bəhs etdi.

Hazırda minlərlə vətəndaş bu proqramlara cəlb olunmaqla işlə təmin olunur. Bununla yanaşı, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır”.

Onun sözlərinə görə, gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini nəzərə almalıdırlar:

“Əgər müəyyən sahələrə kütləvi axın olsa da, bazarda həmin ixtisaslara tələbat yoxdursa, bu, gələcəkdə iş tapmaqda ciddi problemlər yaradır. Buna görə də əmək bazarında rəqabət qabiliyyəti yüksək olan, müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir.
 

Təcrübədə dəfələrlə rast gəlinib ki, iş axtaran şəxsə konkret iş təklifi olunsa da, o, müxtəlif səbəblərlə bundan imtina edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gəncin bu sahəyə cəlb edilməsi ilə bağlı sahibkarla danışılmışdı. Lakin həmin gənclər işin çətin olduğunu əsas gətirərək imtina etdilər. Halbuki sovet dövründə bu bölgədə gənclər yay aylarında ağır şəraitdə işləyir, zəhmət çəkir və qazandıqları ilə öz ehtiyaclarını ödəyirdilər.


Bəzən gənclərdə tənbəllik və zəhmətdən yayınma halları müşahidə olunur. Bu da məşğulluq probleminin digər tərəfidir – iş var, amma onu görmək istəmirlər. Ona görə də məşğulluq sahəsində uğur qazanmaq üçün yalnız yeni iş yerləri yaratmaq kifayət deyil, həm də gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

End of content

No more pages to load

RADİO