İranlı TIR sürücüsünün Lənkəranda başına iş gəldi - Yolda götürdüyü qız...

Azərbaycana gələn İran vətəndaşı qarət olunub.

Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometrliyində, yolun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində baş verib.

Rayonun İstisu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Arifə Məmmədova (soyadı şərtidir) evində spirtli içki qəbul edərək həmin ərazidəki körpünün yaxınlığında dayanıb.
 

O, həmin vaxt Bakı istiqamətində hərəkətdə olan "Scania" markalı 98-AA-713 dövlət nömrə nişanlı TIR yük avtomobilini saxlatdırıb, sürücüdən onu da sərnişin kimi götürməsini xahiş edib. İran vətəndaşı olan sürücü Banu Fərəh Babak qadını maşına götürüb yoluna davam edib.


Yolda sürücü avtomobildən düşüb, yolun kənarında onu gözləyən şəxslə söhbət edib. Fürsətdən istifadə edən Arifə maşında olan pulqabını açıb, onun içərisində olan 900 ABŞ dolları (1 530 manat) götürərək, pulqabını yerinə qoyub. Təxminən 10-15 kilometrdən sonra Arifə sürücüdən maşını saxlamağı xahiş edib və o, avtomobildən düşüb.

Bu vaxt sürücü pulqabının yerinin dəyişməsindən şübhələnib və onun içərisinə baxanda pullarının oğurlandığını görüb. Sürücü qadını çağıraraq ondan pulları tələb edib. Qadın sürücünün şübhələndiyini hiss edərək götürdüyü pulları yolun kənarındakı qum topasının içərisində gizlədərək sürücünün yanına gəlib və ciblərini göstərərək, pulu götürmədiyini bildirib.
 

O, daha sonra sürücünü şərləməyə başlayıb. Qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, İran vətəndaşı olan sürücünün ona böhtan atdığını bildirib. Qadın, həmçinin sürücünün narkotik vasitə daşıdığını deyərək polisə yalan məlumat verib.


Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücü hadisə barədə polisə məlumat verib. Polis əməkdaşlarının araşdırmaları zamanı qadının pul oğurladığı üzə çıxıb və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədovaya bir il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

End of content

No more pages to load

RADİO