Metro və avtobuslarda bank kartları ilə ödənişdə PROBLEM - Sərnişinlərin balansından əsassız pul çıxılır?

Ötən ay paytaxtın nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında bank kartları ilə ödəniş aktivləşdirilib. NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişi həyata keçirmək mümkün olub. Lakin bank kartları ilə istər metro, istərsə də avtobuslarda ödəniş edərkən bəzi problemlər yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirildi


Sərnişinlər bildirirlər ki, bank kartlarından pul ictimai nəqliyyatdan istifadə etdikləri vaxt yox, günün digər saatlarında çıxılır. Paytaxt sakinlərinin sözlərinə görə, bəzi hallarda metro və avtobuslardan istifadə etmədikləri halda belə balanslarından pul silinir.

Bununla yanaşı, sərnişinlər bank kartlarında vəsait olmasa da keçidin mümkün olduğunu bildiriblər. Lakin bundan sonra balansdan pul silinsə də kart bir müddətlik bloklanır.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq “Bakıkart”-dan (K Group” MMC) bildirilib ki, metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxılması hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir.
 

“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur”.


Əlavə olaraq qeyd edilib ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir:

“Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir. Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır”.

Qurumdan vətəndaşlara bu kimi hallarla bağlı (*4343; +994 12 404 14 21) qaynar xəttə müraciət etmələri tövsiyə olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə Gömrük İdarəsinə YENİ RƏİS təyin edildi

Gəncə Gömrük İdarəsinə YENİ RƏİS təyin edildi

Qızılın qiymətində TARİXİ REKORD

Qızılın qiymətində TARİXİ REKORD

“Sabah” Maluda üçün nə qədər ödəyib?

“Sabah” Maluda üçün nə qədər ödəyib?

G7 sammiti Trampa görə TƏXİRƏ SALINACAQ

G7 sammiti Trampa görə TƏXİRƏ SALINACAQ

Narkotiklərin dövriyyəsinə qarşı ƏMƏLİYYAT: Nəsimi Nəbizadənin qardaşı saxlanıldı

Narkotiklərin dövriyyəsinə qarşı ƏMƏLİYYAT: Nəsimi Nəbizadənin qardaşı saxlanıldı

Tehran prokuroru etirazçıları ölüm cəzası ilə HƏDƏLƏDİ - VİDEO

Tehran prokuroru etirazçıları ölüm cəzası ilə HƏDƏLƏDİ - VİDEO

Yüksək Liqa: “Azərreyl” qalib gəldi

Yüksək Liqa: “Azərreyl” qalib gəldi

"Nüfuzumu qoruyuram, elə toylara getmirəm" - VİDEO

"Nüfuzumu qoruyuram, elə toylara getmirəm" - VİDEO

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ!

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin NƏZƏRİNƏ!

"Neftçi" "Kayrat"a böyük hesabla QALİB GƏLDİ

"Neftçi" "Kayrat"a böyük hesabla QALİB GƏLDİ

Nəsimi rayonunda qonşusunun pulunu və qızılını oğurlayan şəxs SAXLANILDI

Nəsimi rayonunda qonşusunun pulunu və qızılını oğurlayan şəxs SAXLANILDI

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbəri HAKİM QARŞISINDA

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbəri HAKİM QARŞISINDA

Rusiya Qətərin Kiyevdəki səfirliyinə rahet HÜCUMU ETDİ - VİDEO

Rusiya Qətərin Kiyevdəki səfirliyinə rahet HÜCUMU ETDİ - VİDEO

"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu

"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu

Lüks və sərvət içində yaşamaq üçün seçilən dörd BÜRC

Lüks və sərvət içində yaşamaq üçün seçilən dörd BÜRC

Çayxanada yoxlama keçirildi, nöqsanlar aşkarlandı - FOTO

Çayxanada yoxlama keçirildi, nöqsanlar aşkarlandı - FOTO

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verildi - FOTO

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verildi - FOTO

ABŞ Rusiya neftini daşıyan daha bir tankeri ƏLƏ KEÇİRDİ - VİDEO

ABŞ Rusiya neftini daşıyan daha bir tankeri ƏLƏ KEÇİRDİ - VİDEO

"Kəpəz"in legionerinin qolu liqanın ən yaxşısı seçildi - FOTO

"Kəpəz"in legionerinin qolu liqanın ən yaxşısı seçildi - FOTO

“Mediasiya haqqında” Qanuna DƏYİŞİKLİK EDİLDİ

“Mediasiya haqqında” Qanuna DƏYİŞİKLİK EDİLDİ

DİQQƏT: Bir sıra paytaxt yollarında sıxlıq var

DİQQƏT: Bir sıra paytaxt yollarında sıxlıq var

Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti

Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti

Bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edildi - SİYAHI

Bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edildi - SİYAHI

Ən çox şikayət bu internet provayderindən olub

Ən çox şikayət bu internet provayderindən olub

End of content

No more pages to load

RADİO