Bakıda eyni yolda baş verən iki qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda son bir neçə gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, qəzalardan biri yanvarın 3-də, digəri isə dünən qeydə alınıb.
 

Qeyd edək ki, sözügedən yolda eyni tip yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi müzakirə mövzusu olub. Yanvarın 3-də, saat 8:44-də qeydə alınmış qəzada sürücü "Toyota Land Cruiser" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.


İkinci, zəncirvari qəza hadisəsi isə yanvarın 6-da, saat 10:43-də qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Bir çox sürücülər sözügedən ərazidə bu cür hadisələrin tez-tez baş verməsinə səbəb kimi yoldakı işıqforun düzgün quraşdırılmasının əsas gətirilər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ərazidəki işıqforun düzgün quraşdırılmaması ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil.
 

"Sabunçu rayonu, Maştağa-Zabrat yolundakı kəsişmədə işıqforlarla bağlı problem yoxdur. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlillərinə əsasən, bu istiqamətdə hərəkət edən bəzi sürücülər yol-hərəkəti qaydalarına əməl etmirlər.


Belə ki, nəqliyyat vasitələrini sürətlə idarə edir və düzgün ara məsafəsi saxlamırlar, nəticədə yol-nəqliyyat hadisələri baş verir. Qeyd edilən səbəblərdən artıq bu ilin bir neçə günü ərzində qəzalar da olub", - deyə Ö.Xıdırov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

End of content

No more pages to load

RADİO