Azərbaycanda hərbçiyə verilən ev əlindən alınır? - FOTO

Sumqayıtda ehtiyatda olan mayorun yaşadığı mənzillə bağlı hüquqi mübahisə yaranıb.

Belə ki, o, uzun illər yaşadığı mənzildən çıxarılır. Hazırda məsələ məhkəmədədir.

Bizim.Media xəbər verir ki, demokrat.az-a daxil olan şikayətə əsasən, ehtiyatda olan mayor Nazim Mustafayevə 1991-ci ildə Müdafiə Nazirliyinin mənzil fondundan Sumqayıt şəhərində ikiotaqlı mənzil verilib.
 

2009-cu ildə ailə üzvlərinin sayının çox olması ilə əlaqədar Nazim Mustafayev rəsmi qaydada müraciət edərək mövcud mənzilin ailəsi üçün kifayət etmədiyini bildirib. Müraciət nəzərə alınaraq ona ikiotaqlı mənzil əvəzinə üçotaqlı mənzil təqdim edilib.


Hazırda o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F. Qayıbov küçəsi, ev 29 ünvanında yaşayır. Qeyd olunan mənzil ona kirayə müqaviləsi əsasında verilib.

Nazim Mustafayev 2015-ci il aprelin 30-da hərbi xidmətdən azad olunub. Hazırda ehtiyatda olan mayor kimi dövlət tərəfindən təqaüd alır.

Onun sözlərinə görə, ötən ilin oktyabrın 15-də müvafiq qurumun nümayəndəsi mənzilə gələrək, burada qeyri-qanuni yaşadığını bildirib və evi tərk etməsi tələb olunub.
 

Məsələ ilə bağlı Sumqayıt Məhkəməsinin qərarı ilə Nazim Mustafayev mülki şəxs kimi tanınıb. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarı absurddur. Belə ki, qərara əsasən, yalnız Nazim Mustafayev mənzildən çıxarılır, ailə üzvlərinin isə mənzildə qalmasına icazə verilir. Hazırda həmin qərar rəsmi şəkildə dərc olunmayıb və tərəf qərarın surətini gözləyir.


Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov bildirdi ki, məsələyə dair dəqiq mövqenin açıqlanması üçün ikinci instansiya məhkəməsinin qərarının surəti təqdim olunmalıdır.



Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, bu halın qanunvericiliyə uyğunluğu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” Qanun prizmasından qiymətləndirilməlidir:

“Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan əmlakından məhrum edilə bilməz. Dövlət tərəfindən verilmiş mənzil də, əgər qanuni əsasla şəxsin mülkiyyətinə keçmişdirsə, bu hüquqi qoruma altındadır.
 

Dövlət orqanı həmin əmlakı özbaşına geri ala bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, yaşayış sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu hallar əsasən, mənzilin qanunsuz əldə edilməsi, sənədlərin saxtalaşdırılması, mülkiyyət hüququnun qanun pozuntusu ilə rəsmiləşdirilməsi və ya ictimai ehtiyaclar üçün məhkəmə qərarı əsasında özgəninkiləşdirməkdir.


Qanuni əsaslar olmadan dövlətin verdiyi evi geri alması yolverilməzdir. Məsələyə xüsusi yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Qanun çərçivəsində tələb olunur.

Əgər 1991-ci ildə verilmiş ev xidmət mənzili statusunda olubsa, bu halda hərbi qulluqçu ehtiyata və ya istefaya buraxıldıqdan, yaxud dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra həmin mənzili boşaltmaq öhdəliyi yarana bilər”.



O deyib ki, bu halda evin geri alınması hüquqi baxımdan əsaslı sayılır:

“Lakin əgər həmin ev müvafiq qərar əsasında şəxsin mülkiyyətinə verilmiş, çıxarış və ya digər hüquqtəsdiqedici sənədlərlə rəsmiləşdirilmişdirsə, bu zaman dövlətin evi geri tələb etməsi yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda mümkündür.
 

Sadəcə inzibati qərar və ya idarəetmə aktı ilə mülkiyyət hüququ ləğv edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, 1991-ci il sovet dövründən keçid mərhələsinə təsadüf etdiyindən, həmin dövrdə verilmiş mənzillərin hüquqi statusu verilmə qərarının məzmunundan, təyinatından və sonradan özəlləşdirilib-özəlləşdirilməməsindən asılı olaraq qiymətləndirilməlidir.


Əgər ev sonradan özəlləşdirilibsə və ya mülkiyyət hüququ tanınıbsa, geri alınma faktiki olaraq qanunsuz hesab edilə bilər”.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

End of content

No more pages to load

RADİO