Aliment borcunu ödəməyən kişi məhkəmə zalında HƏBS EDİLDİ

Ali Məhkəmədə məhkəmənin qərarını, yaxud digər aktını icra etməmədə təqsirləndirilən İsrafil Tahirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən, İsrafil Tahirov aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmaqda təqsirli bilinib.
 

Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2019-cu il tarixli aliment tələbinə dair qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə o, 2023-cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib və İsrafil Tahirov rəsmi qaydada dəfələrlə xəbərdarlıq olunub.


Buna baxmayaraq, İsrafil Tahirov 7540 manat məbləğində aliment borcunu ödəməyib, nəticədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qəsdən icra etməyərək zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurub, həmçinin ədalət mühakiməsinin mənafeyinə xələl gətirib.

Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi üzrə təqsirli bilinib və İsrafil Tahirova1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 

Həmin hökmlə yanaşı, Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1400 manat məbləğində cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəza ilə birləşdirilib. Məhkum üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə və 1400 manat cərimə cəzası saxlanılıb.


Məhkəmənin qərarı ilə məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə 23 sentyabr 2024-cü il tarixindən hesablanıb.

Həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalından dərhal həbs edilib. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmadığı da hökmdə qeyd edilib.

Hökmdən narazı qalan İsrafil Tahirov tərəfindən apellyasiya şikayəti, Baş Prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən isə apellyasiya protesti verilib.
 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilib, apellyasiya şikayəti isə təmin olunmayıb. Qərara əsasən, Abşeron Rayon Məhkəməsinin hökmü Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə dəyişdirilib, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 1400 manat məbləğində cərimə cəzası hazırkı hökm üzrə təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam toplamaq yolu ilə birləşdirilib. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılıb.


Qeyd olunan apellyasiya qərarından məhkum tərəfindən kassasiya şikayəti verilib.

O, şikayətində himayəsində iki azyaşlı övladının olması, ailəsinin yeganə qazanc gətirəni olması, aliment borcundan müəyyən hissə ödəməsi qeyd edilərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və azadlığa çıxmasını xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

End of content

No more pages to load

RADİO