BİZİM TƏQVİM: Yanvarın 7-də baş vermiş tarixi hadisələr

7 yanvar 1946-cı ildə Cümhuriyyətin ilk illərində uğursuz təşəbbüslərdən sonra Türkiyədə çoxpartiyalı parlament sisteminə keçidin ilk addımı atılıb. 

Cümhuriyyət Xalq Partiyasından ayrılan sabiq baş nazir Calal Bayar, Adnan Menderes, professor Fuad Körpülü və Refiq Koraltan Demokrat Partiyanı qurub. 3 gündən sonra keçirilən böyük konqresdə partiyanın sədrliyinə Calal Bayar seçilib. Demokrat Partiya 14 may 1950-ci ildə keçirilən seçkidə qələbə qazanaraq Türkiyədə 27 ildir davam edən Cümhuriyyət Xalq Partiyasının tək partiya hakimiyyətinə son qoyub.

Bəs, 7 yanvarda tarixdə daha hansı hadisələr baş verib?

1. 7 yanvar 1598-ci ildə Boris Qodunov Ruriklər sülaləsindən olmayan ilk şəxs kimi Rus çarı olub.

2. 1610-cu ildə italyan astronom Qalileo Qaliley Yupiterin 3 peykini kəşf edib. Peyklərə mifologiyadan götürülən “Io”, “Europa”, “Ganymede” adları verilib.

3. 7 yanvar 1789-cu ildə Amerikada ilk prezident seçkiləri keçirilib. Seçicilər nüməyəndələri, onlar da ölkənin ilk prezidenti Corc Vaşinqtonu seçiblər.

4. 1782-ci ilin 7 yanvarında ilk ABŞ kommersiya bankı olan Şimali Amerika Bankı açılıb.

5. 7 yanvar 1910-cu ildə fransız pilot Ubert Latham aviasiya tarixində ilk dəfə olaraq 1000 metrdən yüksəyə qalxıb.

6. 1927-ci ilin 7 yanvarında okeanaşırı ilk telefon danışığı Nyu-Yorkla London arasında aparılıb.

7. 7 yanvar 1946-ci il tarixində Türkiyədə Demokrat Partiya qurulub. Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılan Calal Bayar ilə Adnan Məndərəs, Fuad Köprülü və Refik Koraltan Demokrat Partiyanın qurulması üçün müraciət ediblər.

8. 1953-cü ilin 7 yanvardə ABŞ prezidenti Harry Truman ölkəsinin hidrogen bombası istehsal etdiyini açıqlayıb.

9. 7 yanvar 1946-cı ildə ilk uğurlu yüksək sürətli elektron bilgisayar “Eniac” ABŞ-da istifadəyə verilib. “Eniac” elektron-digital bilgisayara gedən yolda atılmış nəhəng addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olunub.

10.  7 yanvar 1979-cu ildə 4 il müddətində Kamboçada Qırmızı Kximerlər rejimilə döyüşən Vyetnam dəstələri Kamboçanın paytaxtı Pnom Penhi ələ keçirilib.  “Qırmızı kximerlər”in lideri Pol Pot  paytaxtı tərk edib. Ölkədə Vyetnamı dəstəklədiyi yeni rəhbərlik ilə “Qırmızı kximerlər” arasında 1999-cu ilə qədər davam edəcək vətəndaş müharibəsi başladı.1989-cu ilin bu günündə Naxçıvan MSSR ərazisində SSRİ-Türkiyə sərhədindəki qurğular dağıdılıb.

Bəs, 7 yanvarda kimlər xatırlanır?

1. 7 yanvar 1907-ci ildə Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor Mirəli Qaşqay anadan olub. O Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945-1962, 1967-1974) olub. 

2. Rusiya İmperator Ordusunun generalı Məmmədhəsən Talışxanov 1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbçi ailəsində anadan olub. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir.

3. Xosrov bəy Sultanov 7 yanvar 1943-cü ildə İstanbulda dünyasını dəyişib. Görkəmli dövlət xadimi Xosrov bəy Qarabağın general-qubernatoru, AXC-nin hərbi naziri olub.

4. Azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov 7 yanvar 1950-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

End of content

No more pages to load

RADİO