Oleq İvaşşenko Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
"Rusiyanın iqtisadi potensialının azaldılmasına diqqət yetirməyə davam edirik. Bu, xüsusilə Rusiya neftinin ixracına aiddir. Rusiyanın hərbi istehsalına da eyni yanaşmanı tətbiq edirik", - Zelenski əlavə edib.
Qeyd edək ki, İvaşşenko bu postda Ukrayna prezident aparatının rəhbəri təyin edilən Kiril Budanovu əvəz edəcək.


Bizim.Media