Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media