Minatəmizləmə ilə məşğul olan şəxslərin vergidən azad olunması və əmək haqlarının artırılması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, onların sosial müdafiəyə ehtiyacı var:
“Bu, ən çətin işdir, demək olar ki, bu insanlar hər gün ölümlə üz-üzədirlər. Bu sahədə çalışan insanların vergidən azad edilməsi, onlara əlavə güzətlərin edilməsi yerində olardı. Çünki onların əmək haqları o qədər də yüksək deyil və onlara ödənilən kompensasiyanın məbləği də o qədər çox deyil”.
Günay Şahmar, Bizim.Media