Milli Məclis Azərbaycanla Somali və Uqanda arasında diplomatik və diplomatik xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişləri təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik, Uqanda Respublikası Hökuməti arasında isə diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, hər iki saziş bu il oktyabrın 15-də Kampala şəhərində imzalanıb.
Günay Şahmar, Bizim.Media