Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində "Changan" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
2025-ci il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu