Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib – Rəsmi Bakıdan CAVAB

AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi çox ciddi suallar doğurur.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya istintaq komitəsi tərəfindən Azərbaycana AZAL-ın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərilib:

"Məktubda bizim üçün çox ciddi təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur və sözügedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib".

Nazir vurğulayıb ki, Azərbaycanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra etməsidir.
 

"Dünən təyyarə faciəsinin ildönümü idi. Faciədə həlak olanların ailələrinə başsağlığı verirəm. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır",- o əlavə edib.


Qeyd edək ki, Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, Aktauda qəza enişi edən AZAL təyyarəsi hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həyatını itirib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşündə təyyarənin vurulduğunu etiraf edib. V.Putin Rusiya tərəfinin bütün müvafiq kompensasiyaları ödəyəcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Tovuzda ev yanır – ANBAAN VİDEO

Tovuzda ev yanır – ANBAAN VİDEO

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

End of content

No more pages to load

RADİO