Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.

Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

Ağdam Sənaye Parkında yeni müəssisənin təməli qoyuldu – FOTO

Ağdam Sənaye Parkında yeni müəssisənin təməli qoyuldu – FOTO

İlham Əliyev Ağdamda AÇILIŞDA

İlham Əliyev Ağdamda AÇILIŞDA

Füzulidə iranlı narkotacir TUTULDU - FOTO/VİDEO

Füzulidə iranlı narkotacir TUTULDU - FOTO/VİDEO

İlham Əliyev: “Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi”

İlham Əliyev: “Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi”

Qadınları şantaj edən "Roman"a HÖKM OXUNDU

Qadınları şantaj edən "Roman"a HÖKM OXUNDU

Prezident Ballıcada yeni müəssisənin AÇILIŞDA - FOTO

Prezident Ballıcada yeni müəssisənin AÇILIŞDA - FOTO

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi - FOTO

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi - FOTO

Ermənistan vətəndaşları məhkəmədə son çıxışlarını edirlər

Ermənistan vətəndaşları məhkəmədə son çıxışlarını edirlər

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

Millimizin üzvü Mayamidə belə dincəlir - FOTO

Millimizin üzvü Mayamidə belə dincəlir - FOTO

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA - FOTO

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA - FOTO

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO