“Ölkədəki ən böyük problemlərdən biri regionlarda həkim çatışmazlığıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Həkimlərimizin sayı daha çox Bakı, Sumqayıt şəhəri və Abşeron rayonundadır. Buna görə əməkhaqqı qaydalarında dəyişikliklər nəzərdə tutulur. Bununla, regionda çalışan həkimlərimiz Bakıda fəaliyyət göstərən həkimlərimizdən daha yüksək əmək haqqı alacaq”.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media