Qadağadan sonra anbarlarda qalan elektron siqaretlərin aqibəti ilə bağlı deputatdan AÇIQLAMA

Azərbaycanda buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin 01 fevral 2026-cı il tarixindən etibarən qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırda ictimai müzakirə mövzusudur.

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili sosial şəbəkə hesabında yeni qanun layihəsi ilə bağlı ictimaiyyətdə maraq doğuran sualları cavablandırıb. 

 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlərdən istifadə QADAĞAN EDİLƏCƏK

 

“Müşahidələrimiz göstərir ki, ictimaiyyətin böyük əksəriyyəti qanun layihəsini dəstəkləyir və bu qərarı gələcək nəsillərin sağlamlığının qorunması, xüsusilə yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması baxımından mühüm və zəruri addım kimi qiymətləndirir”, - deyə millət vəkili bildirib. 

- Qadağa əvəzinə tənzimləmə mexanizminin tətbiqi mümkündürmü?

- Beynəlxalq təcrübədə həm qadağa, həm də tənzimləmə mexanizmlərindən istifadə olunur. Lakin tənzimləmə siyasəti, bir qayda olaraq, konkret məhsulun potensial faydasını artırmaq və mövcud risklərini minimuma endirmək məqsədi daşıyır. 

Elektron siqaretlər üçün “az zərərli” alternativ anlayışı elmi cəhətdən sübuta yetirilməmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rədd edilmişdir. Bu məhsullar, xüsusən də yeniyetmələr arasında nikotin asılılığının qapısını açır, nəfəs yollarına zərərli təsir göstərir və onlardan istifadənin uzunmüddətli sağlamlıq nəticələri isə qorxunc ola bilər. Belə bir kontekstdə tənzimləmə (məsələn, vergi, yaş məhdudiyyəti) riski aradan qaldırmır, yalnız qanuniləşdirir. Qadağa isə məhz məqsədyönlü, riskin mənbəyini birdəfəlik aradan qaldırmaq üçün ən effektiv yol kimi qəbul edilib. Bir çox ölkələr (46 ölkə) də bu yolu seçib.

- Qanun layihəsinin sahibkarlıq subyektlərinə və mövcud iş yerlərinə təsiri necə olacaq?

- İş yerlərinin və investisiyaların qorunması mühüm iqtisadi prinsipdir. Lakin gələcək nəslin sağlamlığı dövlət siyasətində ən üst prioritet olmalıdır. Nəticəsi qorxunc ola biləcək kimyəvi qarışıqların buxarlarının qəbul olunmasının yaratdığı sosial-iqtisadi xərclər (sağlamlıq xərcləri, əmək qabiliyyətinin itirilməsi, erkən ölümlər) heç bir sahibkarın qazancı ilə müqayisə edilə bilməz. Dövlət bu sektorda fəaliyyət göstərən sahibkarlara alternativ biznes sahələrinə keçid üçün müəyyən kömək (məlumatlandırma, digər sahələrə yönəlməkdə dəstək) göstərməyi nəzərdən keçirə bilər. Bununla belə, əsas məsuliyyət cəmiyyət qarşısında həm də sahibkarlara aiddir – onların gələcək nəslin sağlamlığını öz mənfəətlərindən üstün tutacağına inamımız tamdır.

- Hazırda anbarlarda mövcud olan və sifariş əsasında yolda olan məhsullarla bağlı hansı tədbirlər görüləcək?

- Qanun layihəsində qadağanın 01 fevral 2026-cı il tarixindən qüvvəyə minməsi məhz bu məsələlərin müəyyən qədər nəzərə alınması məqsədi daşıyır. Bu müddət həm də sahibkarlara mövcud ehtiyatları idarə etmək (məsələn, onları geri qaytarmaq, ləğv etmək), iş modellərini yenidən nəzərdən keçirmək və işçilərin yenidən ixtisaslandırılması üçün vaxt verməyi nəzərdə tutur.

Qeyd edim ki, elektron siqaretlərin qadağan olunması ilə bağlı təşəbbüs hələ 2024-cü ildə Milli Məclisdə irəli sürülmüşdür. Bu baxımdan sahibkarlıq subyektlərinə fəaliyyətlərini uyğunlaşdırmaq üçün dahq əvvəldən keçid dövrü mesajı verilmişdi.

Bəzi sahibkarlar tərəfindən qadağa müddətinin uzadılması və beləliklə də anbarlarda olan məhsulların daha çox satılmasına şərait yaradılması il bağlı təkliflər səsləndirilir. Lakin aydındır ki, bu yanaşma elektron siqaretlərin ölkə daxilində daha geniş yayılmasına və nəticə etibarilə daha çox gəncin zərərli kimyəvi maddələrin təsirinə məruz qalmasına şərait yarada bilər. Amma eyni zamanda, hesab edirəm ki, sahibkarların maliyyə öhdəliklərini nəzərə alaraq bu məsələdə sahibkarlara müəyyən dəstək mexanizmləri də təklif etmək mümkün olacaq.

Bu kontekstdə seçim aydındır: anbarlarda mövcud olan məhsulların iqtisadi dəyəri ilə gələcək nəsillərin sağlamlığı arasında prioritet müəyyən edilməlidir. Sahibkarlıq subyektlərinin də cəmiyyət qarşısında sosial məsuliyyəti mövcuddur. Azərbaycan sahibkarları hər zaman vətənpərvərlikləri və yüksək sosial məsuliyyətləri ilə seçilmişlər. Əminliklə demək olar ki, belə bir seçim qarşısında onlar gələcək nəsillərin sağlamlığını qısamüddətli iqtisadi maraqlardan üstün tutacaqlar.

- Qanun layihəsi siqaret istehsalçılarının mənafeyinə xidmət edir? 

- Təqribi hesablamalara görə Azərbaycana 1 il ərzində 1.5 milyon ədədə yaxın elektron siqaret idxal edilir. 1 il ərzində isə ölkədə 14 milyard ədəd siqaret isə istehlak olunur. Elektron siqaretlər Azərbaycanda istehsal edilən siqaretlərin 0.01%-ni təşkil edir. Belə kiçik bir pay ilə elektron siqaretlər klassik siqaretlərə hər hansı bir rəqabət yaratmır. Demək ki, hətta nəzəri olaraq belə bu iddia doğru ola bilməz. Praktikada isə Azərbaycanda qəbul edilən hər bir qanunvericilik aktı yalnız dövlətə və xalqa xidmət etmək üçün qəbul edilir. Və bu həmişə belə olub.

Beləliklə, əminliklə demək olar ki, bu təşəbbüs, Azərbaycanın gələcək nəsillərinin sağlamlığını və rifahını qorumaq istəyinin güclü ifadəsidir. O, elmi məlumatlara, beynəlxalq təcrübəyə və ictimai rifaha dair məsuliyyətli yanaşmaya əsaslanır. İctimaiyyətin əksəriyyətinin dəstəyi, bu yolun düzgünlüyünü təsdiqləyir. Hesab edirəm ki, bu qanun layihəsi qısamüddətli iqtisadi çətinlikləri ümumi sağlamlıq və sosial rifahın uzunmüddətli faydaları ilə düzgün formada tarazlaşdıra biləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elektron siqaret qadağası ilə bağlı TƏKLİF – “Bu tarixdən qüvvəyə minsin”

Elektron siqaret qadağası ilə bağlı TƏKLİF – “Bu tarixdən qüvvəyə minsin”

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Elektron siqaretlərdən istifadə qadağası ilk oxunuşda TƏSDİQLƏNDİ

Elektron siqaretlərdən istifadə qadağası ilk oxunuşda TƏSDİQLƏNDİ

Bu iki xəstəxana tam olaraq onlayn randevu SİSTEMİNƏ KEÇƏCƏK

Bu iki xəstəxana tam olaraq onlayn randevu SİSTEMİNƏ KEÇƏCƏK

Nazarbayevdən İlham Əliyevə: “Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb”

Nazarbayevdən İlham Əliyevə: “Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb”

Rusiyanın Baş nazirindən Azərbaycan liderinə MƏKTUB

Rusiyanın Baş nazirindən Azərbaycan liderinə MƏKTUB

Vüqar Qurbanov: “Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb”

Vüqar Qurbanov: “Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb”

65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

Türkmənistan Prezidentindən İlham Əliyevə TƏBRİK

Türkmənistan Prezidentindən İlham Əliyevə TƏBRİK

Bu il əmək müqaviləsinə xitam verilən xəstəxana direktorlarının SAYI AÇIQLANDI

Bu il əmək müqaviləsinə xitam verilən xəstəxana direktorlarının SAYI AÇIQLANDI

Bu şəxslərdən 100 manat rüsum tələb OLUNMAYACAQ

Bu şəxslərdən 100 manat rüsum tələb OLUNMAYACAQ

Zelenskidən İlham Əliyevə MƏKTUB

Zelenskidən İlham Əliyevə MƏKTUB

Həkimlərin maaşı nə qədər ARTIB?

Həkimlərin maaşı nə qədər ARTIB?

Əlillik göndərişlərinin təsdiqlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Əlillik göndərişlərinin təsdiqlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Abidələrlə bağlı YENİ QADAĞA

Abidələrlə bağlı YENİ QADAĞA

İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun həbsi tələb olundu - Yarım milyonluq DƏLƏDUZLUQ

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun həbsi tələb olundu - Yarım milyonluq DƏLƏDUZLUQ

TƏBİB-in xəstəxanalarındakı ana ölümlərinin SAYI AÇIQLANDI

TƏBİB-in xəstəxanalarındakı ana ölümlərinin SAYI AÇIQLANDI

Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub – RƏSMİ

Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub – RƏSMİ

Lukaşenko İlham Əliyevi TƏBRİK ETDİ

Lukaşenko İlham Əliyevi TƏBRİK ETDİ

Bu şəxslər 500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 500 manat CƏRİMƏ OLUNACAQ

Çin liderindən İlham Əliyevə MƏKTUB

Çin liderindən İlham Əliyevə MƏKTUB

Bu xəstəxanalarda yenidənqurma işləri aparılır – SİYAHI

Bu xəstəxanalarda yenidənqurma işləri aparılır – SİYAHI

End of content

No more pages to load

RADİO