Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, Quba şəhərinin H.Əliyev prospektində mikroavtobus yolu keçən ana və övladını (Əminə və Şahbikə İsrafilovalar) vurub.
Yaralılar Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq 27 yaşlı ana vəfat edib.
Quba polis şöbəsində araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu