Azərbaycan Parlamentinin 107 İLLİK YOLU - FOTO

Bu gün Azərbaycan parlamentinin yaranmasının 107 ili tamam olur.

Bizim.Media xəbər verir ki, məhz 1918-ci ilin 7 dekabr tarixində, saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirilib.

Bu hadisə Azərbaycan tarixində son dərəcə əlamətdar sayılır. Beləliklə, yeni yaradılmış Cümhuriyyət öz mövcudluğunu və demokratik prinsiplərə sadiqliyini dünya ictimaiyyətinə göstərmişdi. Parlamentin ölkəmizin dövlətçilik ənənələri, parlament idarəçiliyi və ictimai-siyasi fikir tarixində xüsusi yeri olduğu danılmazdır.

24 min nəfərə bir deputat seçilməsi prinsipi əsasında təşkil olunan Azərbaycan Cümhuriyyəti Parlamenti ümumilikdə 120 üzvdən ibarət idi.

Sayları az olmasına baxmayaraq, ölkədə yaşayan alman, gürcü, polyak və yəhudi icmalarına da ayrıca nümayəndə seçmək imkanı verilməsi onların parlamentdə təmsilçiliyini təmin edib.

İlk iclasda Azərbaycan milli hərəkatının liderlərindən və müsəlman dünyasında tanınmış ziyalılardan olan hüquqşünas Əlimərdan bəy Topçubaşov yekdilliklə parlament sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilmişdi.

Cümhuriyyət Parlamentində 11 fraksiya və eyni sayda komissiya fəaliyyət göstərirdi. 1918-ci ilin 7 dekabrından 1920-ci ilin 27 aprel tarixinədək mövcud olan parlament 16 ay 20 gün – ümumilikdə 506 gün fəaliyyət göstərib və bu müddətdə 145 iclas çağırılıb. Kvorum olmadığı üçün həmin iclasların 15-i baş tutmayıb.

145 iclasın 130-u keçirilmiş, onların bir hissəsi xüsusi və tarixi xarakter daşıyıb: 1919-cu il 28 may və 15 sentyabr tarixli iclaslar Azərbaycanın istiqlalının və Bakının azad olunmasının ildönümlərinə həsr olunub; 12 mart 1919 və 12 mart 1920-ci il iclasları isə Böyük Rus İnqilabının yubileylərinə ithaf edilib. Bundan başqa, 27 iyun 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq barədə müqavilənin imzalanması, 14 yanvar 1920-ci ildə isə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilən iclaslar xüsusi qeyd olunmalıdır. İki iclas fövqəladə toplantı kimi 1918-ci ildə Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci ildə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq müqavilələrinin təsdiqi ilə bağlı baş tutub.

Digər 122 iclas sırf işgüzar xarakter daşımış, burada ölkənin daxili və xarici siyasəti, iqtisadi, aqrar, sosial, maliyyə məsələləri, qanunvericilik təşəbbüsləri, ordu quruculuğu və mədəni inkişafla bağlı qərarlar qəbul olunub. Parlamentdə 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, onların təxminən 230-u qəbul edilmiş, digər layihələr isə yenidən işlənməsi üçün komissiyalara qaytarılıb.

1920-ci il aprelin 27-də bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə Parlamentin fəaliyyəti də dayandırıldı və sovet dövründə onu Ali Sovet əvəz etdi.

1991-ci ildə müstəqilliyin bərpasından sonra, 1995-ci il 12 noyabr tarixində müasir Milli Məclisə ilk parlament seçkiləri keçirilib və Konstitusiyaya əsasən parlament 125 deputatdan ibarət müəyyən olunub. Müstəqillik dövründə parlamentə Elmira Qafarova, Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov və Oqtay Əsədov rəhbərlik ediblər. Hazırda parlamentin sədri Sahibə Qafarovadır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəkidə cücə sexi YANDI – VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Vatsapa 6 yenilik birdən gəldi

Vatsapa 6 yenilik birdən gəldi

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

End of content

No more pages to load

RADİO