Ən azı ötən 22 ildə Ramiz Mehdiyev və AXCP vahid tandem kimi çalışıb - RƏY

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli barəsində aparılan araşdırma və onun yaşadığı mənzildə axtarış aparılması hazırlanması və törədilməsi ehtimal edilən dövlət hakimiyyəti əleyhinə cinayətlərin qarşısının alınması, yaxud aşkar edilməsi və açılması məqsədi ilə həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ən azı ötən 22 ildə Ramiz Mehdiyev və AXCP vahid tandem kimi çalışıb - RƏY

SON DƏQİQƏ! Ramiz Mehdiyevin işi ilə bağlı Əli Kərimlinin evində axtarış aparıldı


Bizim.Media xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə müvafiq olaraq, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz, o cümlədən də Əli Kərimli özü barəsində qapıldığı eyforiyanın əksinə heç kimdən artıq
deyil:

"Əksinə, çoxsaylı təkzibedilməz sübutlar tam fərqli mənzərə meydana çıxarır. Bildiyiniz kimi, barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilmiş Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur. İlkin araşdırmalar və proseslərin təhlili bu prosesdə ona xaricdən dəstəyin və daxildə bu xəyanətə yardım edən subyektlərin müəyyən edilməsini milli təhlükəsizlik baxımından zərurətə çevirir".


Onun fikrincə, əgər ötən dövrün təcrübəsinə diqqət edilsə, AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini, bu partiyanın Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə
olunduğunu demək üçün xeyli əsaslar mövcuddur.

O, buna misal kimi 2003-cü ildə hakimiyyət xülyası yarımçıq qalan Mehdiyev fəaliyyətin bütün sonrakı periodunda AXCP ünsürlərini meydanlara çıxarmaq və sonra onların aksiyalarını "zərərsizləşdirməklə" hakimiyyətin qorunmasında özünün əvəzsiz rolunun olması barədə siyasi mif yaratmağa çalışdığını deyib:
 

"Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının ardınca isə AXCP-nin meydan fəallığı sıfıra enib. Bu gün əminliklə demək mümkündür ki, ən azı ötən 22 ildə Mehdiyev və AXCP vahid tandem kimi çalışıb. Təbii ki, hakimiyyət hərisliyinin əsirinə çevrilən Mehdiyevin iqtidara gəlişi mahiyyətcə əslində hakimiyyətin milli iradədən alınaraq xarici dövlətin nəzarətinə verilməsi demək idi. Sirr deyil ki, Mehdiyevin əsas güvənc yeri Rusiya xüsusi xidmət orqanları olub. Eyni zamanda AXC özü də zamanında məhz Qorbaçov yenidənqurmasının imitasiyası kimi Rusiya xüsusi xidmət orqanlarının sələfləri tərəfindən yaradılıb. Heç şübhəsiz ki, bu amil hər iki tərəfi bir-birinə yaxınlaşdırıb".


Deputatın fikrincə, təsadüfi deyil ki, məhz Mehdiyevin xeyir-duası ilə Azərbaycanda radikal ünsürlər AXCP ətrafında Milli Şura adı altında birləşdirilməyə cəhd edildi.

"Habelə qısa müddət öncə Mehdiyevin çevriliş planının perspektiv inkişaf hissəsi kimi Milli Şura yaradılacağına dair sənədin yayımlanması Şura təfəkkürünün vahid qaynağı barədə ehtimalları reallığa sürükləyir", - o deyib.

B.Məhərrəmov bildirib ki, uzun illər dövr ərzində Mehdiyevin "beşinci kolonla" "mübarizəsi", AXCP-nin isə Rusiyanın ünvanına "barışmaz" mövqeyi reallıqların pərdələnməsinə hesablanmışdı:

"Təsadüfi deyil ki, şimal qonşumuzun zaman-zaman bərabər hüquqlu əməkdaşlıq niyyətlərindən kənara çıxan cəhdlərinə Bakıdan layiqli cavab verildikcə AXCP ünsürləri daha da radikallaşır, daxildə təzyiq mühiti yaradaraq situasiyanı Azərbaycan əleyhinə çevirməyə cəhd edirdilər. Vətən müharibəsi və antiterror tədbirləri dövründə, habelə postmüharibə reallığında AXCP birmənalı şəkildə siyasi fəaliyyətlə yox, milli mənafelər əleyhinə, daha dəqiq desək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olması da bunun bariz nümunəsidir".

O vurğulayıb ki, Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP ünsürlərinin və onların nəzarətindəki söyüş müxalifəti və sosial media trollarının diqqəti bir zamanlar Mehdiyevlə rəsmi işgüzar münasibətdə olmuş və hazırda vəzifədə olan digər şəxslərə yönəltməsi Mehdiyev–AXCP "əməkdaşlığı"nın bariz nümunəsi hesab edilə bilər. Deputatın fikrincə, görünən odur ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurmuşdular.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

End of content

No more pages to load

RADİO