Laçında "MDB ölkələrində müasir kino istehsalının inkişafı" mövzusunda dəyirmi masa keçirildi - FOTO

Noyabrın 29-da Laçın şəhərində "MDB ölkələrində müasir kino istehsalının inkişafı" mövzusunda dəyirmi masa təşkil olunub.

Bizim.Media xəbər verir ki, prodüser, aktyor Azər Aydəmirin moderatorluğu ilə reallaşan tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimiz tərəfindən rayonda həyata keçirilən infrastruktur layihələrindən danışıb.

Qeyd edib ki, Laçında mədəni quruculuğa xüsusi diqqət yetirilir. Şəhərdə yaradılan ilk mədəniyyət təsisatlarından biri də "Hoçazfilm" studiyasıdır. O Laçının kino çəkilişləri üçün maraqlı məkanlardan olduğunu da bildirib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, mədəniyyət xalqları birləşdirən mənəvi körpüdür. Kino sənəti isə xalqın tarixi, mədəni kimliyi və dünyagörüşünü əks etdirən ən güclü bədii vasitələrdən biridir.

Bildirilib ki, Azərbaycan dövləti kinematoqrafiyanın inkişafını strateji prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə son illərdə mühüm institusional addımlar atılıb, yeni maliyyə mexanizmləri formalaşdırılıb, yaradıcı mühitin beynəlxalq inteqrasiyası gücləndirilib. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) son üç ildə dövlət sifarişi ilə 70-dən çox film layihəsinin istehsalına maliyyə dəstəyi göstərib. Bu layihələrdən 50-dən çoxu artıq tamaşaçılara təqdim olunub", - deyə nazir müavini əlavə edib.
 

Qeyd olunub ki, Azərbaycan Respublikasında tətbiq edilən film istehsalı xərclərinin qismən geri ödənilməsi (rebate) mexanizmi ölkəmizdə film çəkilişləri üçün əlverişli şərait yaradıb və beynəlxalq prodüserlər üçün Azərbaycanı daha cəlbedici kino məkanına çevirib: "Azərbaycan tərəfi MDB məkanında kino sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini vacib hesab edir. Bu istiqamətdə koproduksiya layihələrinin həyata keçirilməsi, ortaq ssenari laboratoriyalarının təşkili, gənc kinematoqraflar arasında təcrübə mübadiləsinin aparılması və regional film forumlarının keçirilməsi üçün yeni təşəbbüslər irəli sürürük. Bu əməkdaşlıq çərçivəsində hazırda “Molla Nəsrəddin, çətin günlərimin dostu” kimi birgə istehsal layihələri xalqlarımız arasında ortaq mədəni irsi və mənəvi yaxınlığı kino dili ilə ifadəsinə xidmət edir".


Daha sonra MDB Ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tair İksanov, Azərbaycan Milli Məclisinin deputatı Rövşən Muradov, ARKA-nın baş direktorunun müavini Qurban Pirimov, "Hocazfilm" studiyasının direktoru Amil Məmibəyli, Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev, Belarus nümayəndəsi Semaşko Svetlana, "Qırğızfilm" studiyasının aparıcı mütəxəssisi Rəbiyyə Mirlanova, "Roskino" ASC-nin baş direktorunun müşaviri Svirina Yekaterina, "Tacikfilm"in nümayəndəsi Akmal Abdullozoda, Özbəkistan Kinematoqrafiya Agentliyinin əməkdaşı Mannob Kuçkarov və başqaları çıxış ediblər.

MDB ölkələri arasında kino sahəsində əməkdaşlığın perpektivlərindən söz açılıb, birgə layihələrin əhəmiyyəti vurğulanıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

End of content

No more pages to load

RADİO