“Qadın ali, kişi isə orta təhsillidirsə, o ailənin ömrü uzun olmayacaq” – Psixoloqdan AÇIQLAMA

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır.

Məsələyə münasibət bildirən psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında bildirib ki, boşanmanın mərkəzi şəhərlərdə daha çox olması təbiidir:
 

“Çünki mərkəzi şəhərlərdə həyat daha qaynar və dəyişkəndir. İnformasiya bolluğu da bu məsələdə xüsusi önəm daşıyır. Əvvəllər qadınların 60-70 faizi ali təhsilsiz idi. Buna görə də qadınların böyük əksəriyyəti, hətta ali təhsillilərin bəziləri də ancaq evdarlıq edirdilər. Onlar üçün də başlıca vəzifə sədaqətli həyat yoldaşı və fədəkar ana olmaq idi.


Lakin zaman keçdikcə ali təhsilli qadınların sayı çoxaldı. Həm ali təhsil, həm dəyişən baxışlar, həm də informasiya bolluğu qadınların çoxunda belə bir rəy yaratdı ki, “öz ayağım üstə dayana bilirimsə, kimlərinsə ağız qoxusunu niyə iyləməliyəm?”

İndiki qadınların çoxu həyat yoldaşına yemək bişirməyi, hətta onun paltarını yumağı belə qəbul edə bilmir.

Hesab edir ki, əgər hər iki tərəf bərabər hüquqa malikdirsə, o zaman ev işləri də tərəflər arasında bərabər bölünməlidir. Digər bir problemsə qadının ali təhsilli olmasıdır.

Əgər qadın ali, kişi isə orta təhsillidirsə, o zaman o ailənin ömrü uzun ola bilməz. Bu gün ali təhsili və yüksək gəliri olmayan kişilər özlərinə uyğun həyat yoldaşı tapmaqda çətinlik çəkir. Qadınların isə maddi müstəqilliyi tək yaşamağı asanlaşdırır. İri şəhərlərdə də qadınların iş tapması xeyli asandır. Ona görə də Abşeron yarımadasında boşanma faizi regionlarla müqyisədə xeyli yüksəkdir”.

Surxay Atakişiyev, Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

End of content

No more pages to load

RADİO