Dekabr ayının HAVASI: 18 dərəcə şaxta... – AYLIQ PROQNOZ

Dekabr ayında havanın temperaturu noyabr ayına nisbətən azalır.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bu ilin dekabr ayında havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdirdır. Gecələr havanın temperaturu 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).


Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 6-11 şaxta, gündüzlər 6-11 dərəcə, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-48 mm).
 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Gecələr havanın temperaturu 3-8 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 5-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, dağlarda gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəmizdə qızılca ilə bağlı SON VƏZİYYƏT

Ölkəmizdə qızılca ilə bağlı SON VƏZİYYƏT

Ertem Şenerdən Qurban Qurbanova maraqlı hədiyyə - VİDEO

Ertem Şenerdən Qurban Qurbanova maraqlı hədiyyə - VİDEO

Yuxu zamanı bu qədər kalori itiririk – Həkim AÇIQLADI

Yuxu zamanı bu qədər kalori itiririk – Həkim AÇIQLADI

Həftəlik tirajın növbəti qalibi bəllidir!

Həftəlik tirajın növbəti qalibi bəllidir!

Emin Əmrullayevdən Naxçıvan Müəllimlər İnstitutunun bağlanması iddialarına CAVAB

Emin Əmrullayevdən Naxçıvan Müəllimlər İnstitutunun bağlanması iddialarına CAVAB

Yaponlar bir avtomobilin alınıb-alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Yaponlar bir avtomobilin alınıb-alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Dekabr ayının HAVASI: 18 dərəcə şaxta... – AYLIQ PROQNOZ

Dekabr ayının HAVASI: 18 dərəcə şaxta... – AYLIQ PROQNOZ

Lavrovdan jurnalistin sualına ironik CAVAB – VİDEO

Lavrovdan jurnalistin sualına ironik CAVAB – VİDEO

Baksol yolunda güclü YANĞIN – VİDEO

Baksol yolunda güclü YANĞIN – VİDEO

Qeydiyyat yeri olmayanların NƏZƏRİNƏ – Bu yolla şəxsiyyət vəsiqəsi almaq MÜMKÜNDÜR

Qeydiyyat yeri olmayanların NƏZƏRİNƏ – Bu yolla şəxsiyyət vəsiqəsi almaq MÜMKÜNDÜR

Bakıda binanın zirzəmisindən meyit tapıldı

Bakıda binanın zirzəmisindən meyit tapıldı

Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Yusif Mustafayev: “Allah telefon çıxaranın evini yıxsın”

Yusif Mustafayev: “Allah telefon çıxaranın evini yıxsın”

Amerikalı legioner “Naxçıvan” KLUBUNDA

Amerikalı legioner “Naxçıvan” KLUBUNDA

Rəqabət qanunvericiliyini pozanlara bu cəza VERİLƏCƏK

Rəqabət qanunvericiliyini pozanlara bu cəza VERİLƏCƏK

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Bu ölkələrdə hamı ingilis dilini BİLİR

Bu ölkələrdə hamı ingilis dilini BİLİR

Eltondan Lalə Məmmədova ilə bağlı qalmaqallı AÇIQLAMA - VİDEO

Eltondan Lalə Məmmədova ilə bağlı qalmaqallı AÇIQLAMA - VİDEO

İlham Əliyev Çin liderinə başsağlığı verdi

İlham Əliyev Çin liderinə başsağlığı verdi

Partiyalar büdcədən ayrılan 6 milyonu necə XƏRCLƏYƏCƏKLƏR? – SORĞU

Partiyalar büdcədən ayrılan 6 milyonu necə XƏRCLƏYƏCƏKLƏR? – SORĞU

Putindən Ukraynaya müharibənin dayandırılması ilə bağlı ULTİMATUM

Putindən Ukraynaya müharibənin dayandırılması ilə bağlı ULTİMATUM

"Hörümçək adam" rolunu oynayan aktyor dünyasını dəyişdi – FOTO

"Hörümçək adam" rolunu oynayan aktyor dünyasını dəyişdi – FOTO

End of content

No more pages to load

RADİO