Azərbaycan xalqından üzr istədilər

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə istintaqı başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, onların işinə Səbail Rayon Məhkəməsində baxılır.

Polisin keçirdiyi əməliyyatla qaldıqları hoteldə tutulan əcnəbilər üç aydır həbsdə saxlanılırlar.
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi Ali AR Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Anket məlumatlarından görünür ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı, Alzaman Mahdi Ali isə eyni nazirliklə bağlı şirkətdə mühafizəçi işləyib.

Onlar Azərbaycana gəldikdən sonra Səbail rayonunun Salyan şosesində yerləşən “Panarama” hoteldə qalıblar.

Bugünkü iclasda təqsirləndirilən şəxslər məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətirərək Azərbaycan xalqından üzr istəyiblər:

“Hesab edirik ki, biz Şəhidlər xiyabanında özümüzü məsuliyyətli aparmalı idik. Amma biz oranın Şahidlər xiyabanı olduğunu bilməmişik. Çünkü bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar”.

Yazılı müraciətlər hakim Azər Tağıyevə təqdim edilib.

Prosesin davamında prokuror ittihamı elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də, müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər.

Qeyd edək ki, polis idarəsində aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunub, özlərini müdafiə edə bilmələri üçün zəruri şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

End of content

No more pages to load

RADİO