Bakıda SSRİ təbliğatının arxasındakı GİZLİ ƏL – Rusiyadan gələn pullar və Ramiz Mehdiyev KÖLGƏSİ

Xəbər verdiyimiz kimi, Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. İlkin istintaq zamanı həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO


Üstəlik, adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Artan təbliğat, davamlı təxribatlar

Bizim.Media xəbər verir ki, politoloq Zaur Məmmədov sosial şəbəkə hesabında sözügedən hadisə ilə bağlı fikirlərini bölüşüb.

“Məlumdur ki, artıq bir neçə ay idi sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılmışdı. Daha doğrusu, həmin bir qrup şəxsin özləri tərəfindən müntəzəm olaraq videogörüntülər paylaşılırdı və çağırışlar edilirdi.

Yayılan məlumata görə, Bakıda bir neçə dəfə SSR bayrağı qaldıraraq çağırışlar edən şəxslər həbs edilib. Məlumatda bildirilir ki, ilkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub”, - deyə Zaur Məmmədov bildirib.

Maliyyə mənbəyi – oxlar şimalı göstərir...

Politoloq həmin dəstənin hansı ölkədən maliyyələşməsi məsələsinə də aydınlıq gətirib:

“Maraqlı məqam elə bundadır - "başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına" ifadəsi. Hansı dövlət Azərbaycanda SSRİ və kommunist ideologiyasının təbliğində maraqlı ola bilər? Hazırda mediada müzakirə olunan 2013-cü il "Milyarderlər İttifaqı" ilə müxalifətin təmsil olunduğu "Milli Şura" arasında sıx əlaqələr məsələsini, həmçinin bir müddət əvvəl Azərbaycanla Rusiya arasında müşahidə olunan siyasi böhranı da nəzərə alsaq, burada söhbətin hansı dövlətdən getdiyi heç bir şübhə doğurmur”.

Ramiz Mehdiyev və “beşinci kolon” faktoru

“Başqa bir məqam həmin qrupun kim tərəfindən və necə maliyyələşdirilməsi məsələsidir. Artıq heç kimə sirr deyil ki, dövlətə xəyanət, hakimiyyəti ələ keçirmək kimi ağır ittihamlarla barəsində həbs qərarı verilmiş Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı "beşinci kolonu"nun başında dayanan, vaxtilə yaradılmış "Milyarderlər İttifaqı" ilə müxalifətin birləşdiyi "Milli Şura" arasında əlaqələri tənzimləyən şəxsdir.

Buna görə də Mehdiyevin Azərbaycanda dövlət çevrilişi ssenarisini nəzərdə tutan məktubunun ələ keçirilməsi və ictimailəşdirilməsindən sonra onun Rusiyanın adamı olması və bu ölkənin Azərbaycanla bağlı planlarında aparıcı rolu, o cümlədən onun SSRİ-ni təbliğ edən və digər qrupların fəaliyyətini əlaqələndirməsi və maliyyələşdirilməsi tam real görünür”, - deyə Zaur Məmmədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

ABŞ və Almaniya siyasi reallıqdan uzaqlaşır - İDDİA

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

End of content

No more pages to load

RADİO