171 milyonluq "qumar işi" üzrə məhkəmə başladı - "Şəkili Yusif" hakim qarşısında

Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı Yusif Baqiyev ("Şəkili Yusif"-red.) və digər təqsirləndirilən şəxslər barəsində cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Barəsində həbs qətimkan tədbiri seçilmis Yusif Baqiyevin vəkili Hikmət Əliyev müvəkkilinin barəsindəki cinayət işi ilə bağlı müəyyən nöqsanların olduğunu və onun hüquqlarının pozulduğunu bildirərək məhkəmədən işə xitam verilməsini xahiş edib. O, buna dair məhkəməyə vəsatət təqdim edib.

Prosesdə iştirak edən digər müdafiəçilər də onun vəsatətini müdafiə edərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər.

Vaxt məhdudiyyəti olduğundan vəsatətin müzakirəsi növbəti məhkəmə iclasınadək təxirə salınıb.

Növbəti iclas dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, ibtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunları təşkil etmələri və keçirmələrinə, cinayət yolu ilə əldə olunmuş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək, onlar arasında müvafiq rol bölgüsü aparıb.
 

Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə "Paysis" MMC-nin rəhbəri Samir Nasibovla razılaşıblar. Həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıblar. Bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.


Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
 

Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Pərviz Məmmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığı, digər şəxslər - Ramin Saadov və Samir Nəsibov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə "Paysis" MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

İlham Əliyev: “Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır”

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

“Fənərbağça” Tovuza nə vaxt gələcək?

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Bir işarəsi ilə bütün komandanı susdurdu! – VİDEO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

Prezident Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşdü - FOTO

İranda matəm ELAN EDİLDİ

İranda matəm ELAN EDİLDİ

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

Azərbaycan və Bolqarıstan hərbi polisləri birgə təlimlərə hazırlaşır - FOTO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" – VİDEO

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

End of content

No more pages to load

RADİO