Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bizim.Media xəbər verir ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri, Çerkassi küçəsi, 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.
Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Bizim.Media