Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Lənkəran Rayon Mərkəzi Xəstəxanası yayıb.
Qeyd edilib ki, noyabrın 25-də, saat 01:45-də Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Xəsarət alanların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar". (Oxu.az)
Bizim.Media