Gün boyu Kəlbəcərdə keçiriləcək tədbirlər – SİYAHI – FOTO

Beş il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi.

Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Bizim.Media xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib.

Bu gün münasibətilə Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə silsilə tədbirlər keçirilir.

Belə ki, gün boyu “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgi, Azərbaycan Milli Xalça
Muzeyinin “Yaddaş” sərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm əsrlərinin nümayişi, rəsm ustad dərsləri və ənənəvi sənətkarlıq sərgisi təşkil olunacaq. Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı kəlbəcərli tamaşaçılar qarşısında Abdulla Şaiqin “Tıq-Tıq xanım” musiqili nağıl- tamaşası ilə çıxış edəcək. Eyni zamanda, Kəlbəcər Şəhəri Günü incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə davam edəcək və sonda atəşfəşanlıqla başa çatacaq.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

End of content

No more pages to load

RADİO