Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasında ümumvətəndaş, diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişləri təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş, Anqola, Cibuti, Surinam Respublikaları Hökumətləri arasında diplomatik və xidməti, Bəhreyn Krallığı Hökuməti arasında diplomatik, Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi, Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media