14 yaşlı Nərminənin ölümünə görə həkimlərə cəza verildi

Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.

Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.

Bildirilib ki, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B. Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyatdan əvvəl yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.

Mərhumun anası S. Kazımova ifadəsində bildirib ki, qızının barmağı hadisədən bir müddət əvvəl oynayarkən çıxıbmış: “Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər, orada bütün müayinələrdən keçdik. Dedilər ki, oraya sınıq-qırığı olanları yollayırlar, mənim uşağımda isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım. Çünki qohumum Yevlax xəstəxanasında həkimin olduğunu söyləmişdi. Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar”.

Onun sözlərinə görə, Yevlaxda Nərminənin əlindən cərrahi əməliyyat olunacağını deyiblər:
 

“Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın barmağında vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyatı olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu”.


Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, əməliyyatxanaya daxil olandan sonra xəstəxanada həyəcan yaranıb, lakin ona heç nə deyilməyib. Bir neçə saat sonra isə övladının vəfat etdiyi bildirilib.

S. Kazımova həmçinin iddia edib ki, uşağın daxili orqanları zədələnib: “Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur”.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayevə 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

1997-ci il təvəllüdlü Könül Sadıqovaya da 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azdlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

End of content

No more pages to load

RADİO