"MediaWorld" satış şəbəkəsi səhvən yeni 13 düymlük "iPad Air"i 15 avroya (təxminən 29 manat) satışa çıxarıb (əsl qiymət təxminən 880 avrodur ).
Bizim.Media xəbər verir ki, bəzi alıcılar planşeti həm onlayn sifarişlə, həm də mağazadan təhvil almaqla əldə edə biliblər.
11 gün sonra şirkət müştərilərə məktub göndərərək bunun “qiymət xətası” olduğunu bildirib və iki seçim təklif edib:
1. iPad-i geri qaytarmaq və 20 avroluq kupon almaq;
2. Planşeti saxlamaq, amma demək olar ki, tam qiyməti ödəmək.
Nəticənin necə olacağı hələ məlum deyil, amma hüquq mütəxəssisləri bildirirlər ki, mağazanın tələbinə razı olmaq üçün heç bir əsas yoxdur.
Bizim.Media